Somalinin cənubunda mərmi partlayışı nəticəsində azı 27 nəfər ölüb, daha 53 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Somalinin Milli Xəbər Agentliyi məlumat yayıb.
Ölənlər arasında 10-15 yaş arası azı 25 uşaq və yeniyetmənin olduğu qeyd edilir.
Hadisə Koryoley şəhəri yaxınlığında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB