Bu arada bir qrup ABŞ konqresmeni ABŞ prezidenti Cozef Baydenə “ATACMS” taktiki raketlərini ən qısa zamanda Ukraynaya ötürməyə çağıran qətnamə layihəsini təqdim ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Maykl Makkolla istinadən xəbər verir.
Beləliklə, siyasətçi bildirib ki, Ukraynaya qalib gəlmək üçün lazım olan silahları inkar etməklə administrasiya saysız-hesabsız ukraynalıların həyatını alan münaqişəni uzadır.
Qeyd edək ki, “ATACMS” raketləri 190 mildən (305 kilometr) çox məsafə qət edir ki, bu da Ukrayna ordusunda artıq xidmətdə olan “HIMARS” raketlərindən demək olar ki, dörd dəfə çoxdur.
Əslində, burada təəccüblü bir şey yoxdur. Çünki bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Bayden gec və ya tez “ATACMS” taktiki raketlərini Ukraynaya təhvil verəcəyini etiraf etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB