ABŞ-ın Rusiyanı xüsusi əməliyyata görə tənqid etməyə haqqı yoxdur

ABŞ-ın Rusiyanı xüsusi əməliyyata görə tənqid etməyə haqqı yoxdur

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ və NATO-nun digər ölkələrdə apardığı hərbi əməliyyatları öz həmvətənlərini müdafiə edən Rusiyanın hərəkətləri ilə müqayisə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın eks-prezidenti Twitter-də yazıb.

Beləliklə, Medvedev qeyd edib ki, amerikalıların Rusiyanı tənqid etməyə haqqı yoxdur, çünki onlar özləri 1950-ci ildən bəri bir çox silahlı münaqişələrdə iştirak ediblər. Yəni son onilliklərin heç bir böyük regional münaqişəsi Amerika “xeyirxahlarının” birbaşa və ya dolayı iştirakı olmadan başa çatmayıb.

Rusiyalı siyasətçi əməliyyatları sadalayarkən ABŞ-ın Panama və İraqa müdaxiləsini, həmçinin II Dünya Müharibəsindən sonra NATO-nun Yuqoslaviya və Liviyaya təcavüzünü xatırladıb. O, həmçinin vurğulayıb ki, amerikalılar həmişə həm birbaşa, həm də dolayısı ilə böyük regional münaqişələrdə iştirak ediblər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, NATO və ABŞ-ın əməliyyatları nəticəsində milyonlarla insan həlak olub. Medvedev vurğulayıb ki, bütün Amerika prezidentləri əllərindəki qana görə məsuliyyət daşıyırlar.

Bayden kimi bəzi ikiüzlülər Rusiyanı öz həmvətənlərini və tarixi ərazilərini qorumaq məqsədi daşıyan hərəkətlərinə görə tənqid etməkdən əl çəkmirlər.

“Bütün bunlardan sonra Bayden kimi bəzi qocalar və digər ikiüzlülər Rusiyanı öz həmvətənlərini və tarixi ərazilərini qorumağa yönəlmiş hərəkətlərinə görə tənqid etmək cəsarətinə malikdirlər? Sən kimsən ki, çirkli ağzını açırsan? Sadəcə kəs səsini!”

Bunu Medvedev bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə