Qazaxıstan hakimiyyəti qeyri-qanuni yollarla Qırğızıstandan Rusiyaya aparmaq istədikləri dronların bir partiyasını ələ keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Orda.kz” nəşri yayıb.
Nəşrin məlumatına görə, ümumi dəyəri demək olar ki, 16 milyon rubl olan 14 ədəd “DJI AgrasT30” pilotsuz təyyarəsini sərhəddən keçirməyə cəhd edilərkən Jambil vilayətində saxlanılıb. Dronlar Qazaxıstan ərazisindən tranzitlə Qırğızıstanın “İmpulse-İnvest” şirkəti tərəfindən daşınıb, lakin şirkətin belə malların daşınması üçün lisenziyası olmayıb.
Rəsmi olaraq dronlar Rusiyanın “Nova” tikinti şirkəti üçün nəzərdə tutulduğu deyilir.
“İmpuls-İnvest” şirkətinin 76 min tenge (təxminən 14 min rubl) cərimələndiyi bildirilir.
Jambıl Dövlət Əmlakı və Özəlləşdirmə Departamenti isə müsadirə olunmuş pilotsuz təyyarələri hərraca çıxarıb. Qazaxıstan Milli Statistika Bürosunun məlumatına görə, 2022-ci ildə ölkə 5 milyon dollar dəyərində dron idxal edib və bunu 1,23 milyon dollarını Rusiyaya göndərib.
Yeri gəlmişkən Qazaxıstanın Rusiyaya pilotsuz təyyarələr və çiplər almaqda kömək etməsi faktını mayın sonunda “Mühüm hekayələr” nəşri yaymışdı. Qeyd edək ki, Qazaxıstan şirkətləri Çin və Rusiya arasında pilotsuz təyyarələr və digər ikili təyinatlı malların alınması üzrə əməliyyatlarda vasitəçi kimi çıxış edir(di).
Amma bir müddət bundan əvvəl ABŞ Qazaxıstan hakimiyyətini Rusiyaya məhdudiyyətlərdən yan keçməsinə kömək etdiyinə görə ikinci dərəcəli sanksiyalar riski ilə bağlı xəbərdarlıq etdi. Bundan sonra Qazaxıstan sanksiyalardan yayınma cəhdlərinə qarşı mübarizəni sərtləşdirəcəyini vəd edib(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB