Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında Vaşinqtonda rus ayı casusunu tutmağa çalışması ilə bağlı zarafat edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bir müddət bundan əvvəl ştatın polis idarəsi “Twitter”də yerli sakinlərin küçələrdə gəzən ayı gördükləri barədə məlumat vermişdi.
Bundan sonra ərazini nəzarətə götürən hüquq-mühafizə orqanları əhalini evlərində qalmağa çağırmışdı.
Deyilənlərə görə, ayı Vaşinqtonun şimal-şərqində, Ağ Evdən beş kilometr aralıda bir ağacın oyuğunda gizlənirmiş. Amma Amerika polis onu yaxalaya bilib.
“Seçkilərə müdaxilə etməyə cəhd edən rus casusu Mixailin tutulması ilə bağlı Ağ Evdən açıqlama gözləyirəm”.
Zaxarova ayının tutulması ilə bağlı hadisəni şərh edərkən istehza edib.
Bundan əvvəl Rusiya ilə sərhəddə yerləşən Kuxomoda ayı ilə qarşılaşan fin sərhədçisi özünü ölü kimi göstərib. Ayı sərhəd xidmətinin əməkdaşını iyləyərək oradan uzaqlaşıb və nəticədə sərhədçi heç bir xəsarət almayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB