2023-cü ilin aprelində Rusiyada doğum səviyyəsi 3,6 faiz azalıb

2023-cü ilin aprelində Rusiyada doğum səviyyəsi 3,6 faiz azalıb

2023-cü ilin aprelində Rusiyada doğum səviyyəsi 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,6 faiz azalıb.

Maraqlıdır ki, “Rosstat” bu ərəfədə, ölüm nisbətinin də 7,3 azaldığını bildirir.

Yanvar-aprel aylarında doğum səviyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz, ölüm səviyyəsi 18,5 faiz azalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, aprel ayında təbii azalma 39 min 784 nəfər olub. Bu, əvvəlki illə müqayisədə 15,18 faiz azdır.

2023-cü ilin ilk dörd ayında təbii azalma 188 min 505 nəfər təşkil edib ki, bu da 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 39,42 faiz azdır.

2022-ci il üçün rusların sayı 2022-ci il yanvarın 1-nə olan rəqəmlərlə müqayisədə 555 min nəfər azalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə