Rus hərbi pilot döyüşməkdən imtina edərək Litvaya qaçıb

Rus hərbi pilot döyüşməkdən imtina edərək Litvaya qaçıb

Rusiya hərbi aviasiya pilotu Dmitri Mişov müharibədə iştirakdan imtina edərək Litvaya qaçıb və oradan sığınacaq istəyib. Qeyd edək ki, Mişov Ukraynadakı müharibəni Rusiya prezidenti Vladimir Putinin hakimiyyətini qorumaq üçün törədilən cinayət hesab edir.

SİA-nın əldə etdiyi məlumata görə, 26 yaşlı leytenant Mişov Sızran Ali Hərbi Aviasiya Məktəbinin məzunudur və müharibənin ilk günündən Rusiyanın Ukraynaya hücumunda iştirak edən 15-ci Ordu Aviasiya Briqadasında xidmət edib. 2022-ci ilin işğalından bir ay əvvəl pilot ordudan istefa ərizəsi verib. Bundan sonra o, hərbi əməliyyatlarda iştirak etməsə də, amma hərbi ləvazimatların daşınması ilə məşğul olub.

Qeyd edək ki, bu gün prezident Vladimir Putinin fərmanı digərləri ilə yanaşı, zabitlərin ordudan getməsini qadağan edir.

Bu gün Mişovun sözlərinə görə, əgər söhbət Vətənin müdafiəsindən getsəydi, o müharibədə iştirakdan imtina etməzdi, lakin…

Onu da qeyd edək ki, rusiyalı aviasiya pilotu Putin əleyhinə olan təqaüdçü zabitlərin köməyi ilə sərhədi gizli şəkildə meşədən keçərək Litvaya gələ bilib. Maraqlıdır ki, o, sərhədi mayın 28-də, Rusiyada Sərhəd Mühafizəsi Günü keçib.

Bu gün Mişov Avropada sığınacaq, yeni təhsil almağa və eyni zamanda yeni həyat qurmağa ümid edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə