İslandiya Rusiyadakı səfirliyini bağlayır. SİA xarici qaynaqlara istinadən səfirliyin avqustun 1-də fəaliyyətini dayandıracağını xəbər verir.
Bundan əlavə, İslandiya Rusiyadan Reykyavikdəki diplomatik mövcudluğunu məhdudlaşdırmağı, diplomatik nümayəndəliyin səviyyəsini aşağı salmağı və Rusiya səfirliyindəki işçilərin sayını azaltmağı tələb edib.
Qeyd edək ki, İslandiya Xarici İşlər Nazirliyi söhbətin diplomatik münasibətlərin tamamilə kəsilməsindən getmədiyini bildirib.
“Hazırda Rusiya ilə ticarət, mədəni və siyasi əlaqələrimiz tarixi minimuma enib. Ona görə də səfirliyin işini davam etdirmək artıq əsaslı deyil”, - deyə sənəddə qeyd olunur.
İslandiyanın xarici işlər naziri Tordis Qilfadottir, 1944-cü ildə müstəqillik əldə etdikdən sonra İslandiyanın Rusiya ilə qarşılıqlı faydalı əlaqələr saxladığını qeyd edib. O, nə vaxtsa şəraitin Rusiya ilə İslandiyaya normal və səmərəli münasibətləri bərpa etməyə imkan verəcəyinə ümid etdiyini bildirib.
“Ancaq bu, Kremlin qərarlarından asılıdır”.
Bunu da islandiyalı nazir bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB