Bu arada ABŞ İranın Rusiyada pilotsuz təyyarələr zavodu tikmək niyyətində olduğuna dair kəşfiyyat məlumatlarına malik olduğunu bildirib. Şirkətin gələn ildən fəaliyyətə başlaya biləcəyi ehtimal edilir.
Bu, Ukrayna, Yaxın Şərq ölkələri və bütün dünya ictimaiyyəti üçün artan təhlükə yarada bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.
Onun sözlərinə görə, Tehran hələ də Moskvanı Ukraynaya hücum etmək üçün istifadə etdiyi pilotsuz təyyarələrlə təmin edir, lakin İran və Rusiya indi müharibə zonasına yaxın müştərək istehsal müəssisəsi yaratmağı nəzərdən keçirirlər.
Kirbi qeyd edib ki, zavod Moskvadan təxminən min kilometr şərqdə tikiləcək. Milli Təhlükəsizlik Şurasının saxladığı peyk görüntülərinə görə, istehsal Yelabuqada yerləşdirilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi, may ayından bəri İranın Xəzər dənizi vasitəsilə Mahaçqalaya yüzlərlə kamikadze dron göndərdiyini bildirib. Onun sözlərinə görə, öz növbəsində Moskva da İrana mürəkkəb və bahalı hərbi texnika - raketlər, elektronika eləcə də hava hücumundan müdafiə avadanlıqları verib.
“Ümumilikdə, İran Rusiyadan milyardlarla dollar dəyərində hərbi texnika tələb edir”.
Bunu da Kirbi bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB