Pentaqon Ukraynaya 2 milyard dollarlıq yeni yardım paketini açıqlayıb
ABŞ Müdafiə Nazirliyi Ukraynaya iki milyard dollardan artıq məbləğdə yeni hərbi yardım paketini açıqlayıb. Pentaqonun bəyanatında bura mühüm hava hücumundan müdafiə vasitələrinin və sursatın daxil edildiyi bildirilir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyi bildirib ki, yeni tranş həm qısa, həm də uzunmüddətli perspektivdə Rusiyanın təcavüzünün qarşısını almaqda Kiyevin ABŞ-a davamlı dəstəyini nümayiş etdirir.
Qeyd edək ki, yeni yardım paketinə “Patriot” zenit-raket kompleksləri, hava hücumundan müdafiə sistemləri və “HAWK” raketləri, artilleriya mərmiləri və digər silah eləcə də avadanlıqlar üçün sursat daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB