Hakan Fidan bir sıra ölkənin XİN rəhbəri ilə telefon əlaqəsi saxlayıb

Hakan Fidan bir sıra ölkənin XİN rəhbəri ilə telefon əlaqəsi saxlayıb

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qırğızıstan, Moldova və Estoniya XİN rəhbərləri ilə telefonla əlaqəsi saxlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir: "Xarici işlər naziri Hakan Fidan Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi, Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku və Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə telefon əlaqəsi saxlayıblar. Nazirlər Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik ediblər''.

Bütün xəbərlər Facebook səhifəmizdə