...İsveç hələ NATO-ya rəsmi üzv olmamışdan əvvəl təşkilata öz ərazisində qoşun və hərbi bazalar yerləşdirməyə icazə verib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə cümə günü baş nazir Ulf Kristersson və müdafiə naziri Paul Junson məlumat verib.
Onların fikrincə, bunlar “hazırlıq tədbirləri”dir. “Dagens Nyheter” qəzetində dərc olunan məqalədə rəsmilər NATO qoşunlarının İsveçdə yerləşdirilməsinin ölkənin müdafiə qabiliyyətini artıracağını və “Rusiyaya açıq siqnal” olacağını bildiriblər.
Rusiyanın yaxın gələcəkdə qonşu ölkələr üçün təhlükə yaradacağını deyən İsveç rəsmilərinə görə, Rusiya prezidenti Vladimir Putinin “ərazi iddiaları” gözlənilməzdir.
Qeyd edək ki, İsveç və qonşu Finlandiya Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra uzun illər saxladığı neytrallıqdan əl çəkərək NATO-ya üzv olmaq niyyətlərini açıqlayıblar.
Bu ilin aprelində Finlandiya rəsmi olaraq Şimali Atlantika Alyansının 31-ci üzvü olsa da, amma İsveç hələ ki, namizəd statusunda qalır.
...Çünki Türkiyə və Macarıstan İsveçin NATO-ya üzvlüyünü hələ ratifikasiya etməyiblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB