Avropa İttifaqı yeni sığınacaq qaydaları ilə razılaşır

Avropa İttifaqı yeni sığınacaq qaydaları ilə razılaşır

Avropa İttifaqına üzv ölkələrin ədliyyə və daxili işlər nazirləri Avropa İttifaqında sığınacaq sistemində islahatların aparılması planı ilə bağlı razılığa gəliblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, du barədə Deutsche Welle Avropa İttifaqın Şurasına sədrlik edən İsveçə istinadən xəbər verir.

İtaliya, Avstriya və Hollandiya kimi bəzi Avropa İttifaqı üzvlərinin tənqidlərinə baxmayaraq, bir neçə saatlıq gərgin danışıqlardan sonra razılaşmalar əldə edilib. Əldə edilən razılaşmaya əsasən, hər bir ölkə müəyyən sayda miqrant qəbul etmək üçün məsuliyyət daşıyacaq, lakin onları qəbul etmək məcburiyyətində deyil.

Qeyri-qanuni miqrantları və qaçqınları qəbul etmək istəməyən dövlətlər qəbul etdikləri ölkələrə pulla (adambaşına 20 min avroya qədər), həmçinin avadanlıq və ya personalla kömək edə biləcəklər.

Saziş sığınacaq şansı olmayan ərizəçinin dərhal geri göndəriləcəyi yeni sürətləndirilmiş sərhəd prosedurunu tətbiq edəcək. Eyni zamanda, bütün sığınacaq müraciətlərinə maksimum altı ay ərzində baxılmalıdır.

Bunu İsveçin Miqrasiya naziri Maria Malmer Stenergard mətbuat konfransında bildirib.

Qeyd edilməlidir ki, Almaniyanın daxili işlər naziri Nensi Feser müqaviləni “Avropa İttifaqı üçün, yeni, həmrəylik miqrasiya siyasəti və insan hüquqlarının müdafiəsi üçün tarixi uğur” adlandırıb. Eyni zamanda, Berlin uşaqlı ailələrə sığınacaq məsələsində istisnalara nail ola bilmədi.

...Yeni qaydaların indi Avropa Parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.

Yeri gəlmişkən, ötən ilin sonunda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi bildirmişdi ki, Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri 4,7 milyon ukraynalı Avropada müvəqqəti müdafiə statusu və ya oxşar status alıb. Ukraynanın ən çox vətəndaşını Polşa, Almaniya və Çexiya qəbul edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə