Rusiya- Ukrayna sərhədi yaxınlığında yerləşən Voronej şəhərində pilotsuz uçuş aparatının (PUA) yaşayış binasına çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Hadisə nəticəsində yaşayış binasında yanğın baş verib, hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları göndərilib.
Yanğının qısa müdaxilədən sonra söndürüldüyü bildirilib.
Xəsarət alanlara tibbi yardım göstərilib.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov hadisə ilə bağlı verdiyi açıqlamada Ukraynanı ittiham edib.
Dmitri Peskov deyib: "Kiyev rejimi mülki obyektlərə və insanların yaşadığı binalara hücumlarını davam etdirir. Amma biz də döyüşü və xüsusi hərbi əməliyyatı davam etdiririk".
2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB