Perunun18 regionunda fövqəladə vəziyyət elan edilib

Perunun18 regionunda fövqəladə vəziyyət elan edilib

Peruda “El Ninyo” effekti ilə əlaqədar 18 regionda fövqəladə vəziyyət elan edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “El Ninyo” effektinin mənfi təsirləri səbəbindən 60 gün ərzində 18 bölgədə fövqəladə vəziyyət tətbiq olunacaq.

Milli Fövqəladə Əməliyyatlar Mərkəzinin (COEN) açıqlamasında ilin sonuna qədər güclü yağışların gözlənildiyi, bu səbəbdən risklərin azaldılması üçün fövqəladə tədbirlər planının həyata keçiriləcəyi bildirilib.

Fövqəladə vəziyyət elan edilən bölgələr Amazonas, Ancash, Arequipa, Ayacucho, Cajamarca, Huancavelica, Huanuco, Ica, Junin, La Libertad, Lambayeque, Lima, Moquegua, Pasco, Piura, San Martin, Tacna və Tumbesdir.

Fevralın 8-də Peruda son leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 40 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə