Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada əməliyyat həyata keçirib

Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada əməliyyat həyata keçirib

Milli Kəşfiyyat Təşkilatının (MİT) PKK/KCK-PYD/YPG-nin dırnaqarası Mənbic üzrə kəşfiyyat təşkilatlanmasında iştirak edən Sterk/Amara, Amed/Sena kod adlı Helin İşenme Suriyadan Türkiyəyə keçmək istəyərkən saxlanılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, terror təşkilatının üzvü İşenme MİT rəhbərliyinin verdiyi kəşfiyyat dəstəyi ilə Suriya Milli Ordusunun yerli təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat nəticəsində Türkiyəyə keçmək istəyərkən yaxalanıb.

2016-cı ildə təşkilatın kənd heyətinə qoşulan və 2017-ci ildə silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə Diyarbəkir 5-ci Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilmə qərarı olan İşenme təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Digər tərəfdən, İraqın şimalındakı "Pəncə-kilit" əməliyyatı bölgəsində aşkarlanan separatçı terror təşkilatı PKK üzvü 2 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Mehmetcik İraqın şimalını terrorçulara dar edir. "Pəncə-kilit" əməliyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu Hərbi Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Türk Silahlı Qüvvələrimiz son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatları qətiyyətlə davam etdirəcək" deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə