Türkiyədə sənayenin 7 iş qolunda ixrac rekordu

Türkiyədə sənayenin 7 iş qolunda ixrac rekordu

Türkiyədə sənayenin 7 iş qolu yanvar-may aylarında bütün zamanların ən yüksək ixracını reallaşdırıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Cari ilin ilk 5 ayında Türkiyənin ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 102 milyard 520 milyon dollara çatıb.

Sözügedən dövrdə sənaye sektorunun Türkiyənin ümumi ixracındakı payı 1,7 faiz olub.

Dəri və dəri məmulatları, avtomobil sənayesi, elektrik və elektronika, maşın və aksesuarlar, zərgərlik, müdafiə və aviasiya sənayesi və kondisioner sənayesi yanvar-may aylarında bütün dövrlərin ən yüksək ixracını həyata keçirib.

Sözügedən dövrdə dəri və dəri məmulatları 866 milyon dollar, avtomobil sənayesi 14,3 milyard dollar, elektrik və elektronika 6,6 milyard dollar, maşın və aksesuarlar 4,6 milyard dollar, zərgərlik sənayesi 2,6 milyard dollar, müdafiə və aerokosmik sənaye 2 milyard dollar, kondisioner sektoru təxminən 3 milyard dollarlıq ixrac reallaşdırıb.

İlin ilk 5 ayında dəri və dəri məmulatları 7,5 faiz, avtomobil sənayesi 14,8 faiz, elektrik və elektronika 10,2 faiz, maşın və aksesuarlar 12,2 faiz, zərgərlik sektoru 21 faiz, müdafiə və aerokosmik sənaye 22,5 faiz, kondisioner sənayesi 8,3 faiz ixrac artımı reallaşdırıb.

Ölkələrə nəzər salsaq, ilin ilk 5 ayında Rusiya Federasiyasına 102,7 milyon dollarlıq dəri və dəri məmulatları, 564,9 milyon dollarlıq maşın və ləvazimatlar ixrac edilib.

Almaniyaya avtomobil sənayesi 2 milyard dollarlıq, kondisioner sənayesi 318,3 milyon dollarlıq ixrac həyata keçirib.

Elektrik və elektronika sənayesi Böyük Britaniyaya 644,8 milyon dollarlıq, zərgərlik sənayesi isə Birləşmiş Ərəb Əmirliklərinə 634,5 milyon dollarlıq ixrac reallaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə