Şoyqunun oğlu səfərbərliyə bir neçə gün qalmış Rusiyanı tərk edib

Şoyqunun oğlu səfərbərliyə bir neçə gün qalmış Rusiyanı tərk edib

Aleksey Navalnının komandası Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qeyri-qanuni oğlu ilə bağlı araşdırma yayıb. Belə ki, 22 yaşlı Danila Şebunovun Moskvanın mərkəzində icarəyə verdiyi iki ofisə görə, “bir milyon rubl civarında” aldığı bildirilib. Amma maraqlıdır ki, ofisin hansı müddət üçün verildiyi deyilmir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Vladimir Putinin qismən səfərbərlik adlandırılan bəyanatından bir neçə gün əvvəl Şebunov Rusiyadan Türkiyəyə gedib.

Qeyd edək ki, Şoyqunun qeyri-qanuni oğlunun hazırda öz musiqi karyerası ilə məşğul olduğu iddia edilir.

Belə ki, o, müğənni kimi ingilis dilində mahnılar yazır və Şeba təxəllüsü ilə kliplər çəkir.

Eyni zamanda, Navalnının komandasının fikrincə, Şebunovla çəkilmiş videoya “on minlərlə baxış var”: onun YouTube kanalının 700-dən bir qədər çox abunəçisi olduğu halda, kliplərinə 250 mindən çox baxış var.

Yeri gəlmişkən, bir sıra KİV-in məlumatına görə, Danila Şebunov, Sergey Şoyqunun Fövqəladə Hallar Nazirliyinin uçuş heyətinin keçmiş stüardessası Yelena Şebunovadan doğulan oğludur.

Maraqlıdır ki, nə Rusiya hakimiyyəti, nə də Sergey Şoyqu özü qeyri-qanuni oğlunun olması ilə bağlı məlumatı şərh etməyib.

Rəsmi olaraq müdafiə şöbəsinin rəisi hazırda İrina Şoyqu ilə evlidir və onların iki qızları var.

Onu da qeyd edək ki, bir neçə il əvvəl Elena Şebunova Litva vətəndaşı Adolfas Kaminskasla evlənərək onun soyadını götürüb.

2022-ci ildə Litva hakimiyyəti onun ölkədə qalması milli təhlükəsizliyi təhdid edə biləcəyi üçün onun yaşayış icazəsini ləğv edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə