“ABŞ Ukraynanı qəssabxanaya çevirdi”

“ABŞ Ukraynanı qəssabxanaya çevirdi”

Bu arada Demokratlar Partiyasından prezidentliyə namizəd kiçik Robert Kennedi jurnalist Cordan Petersonla müsahibəsində yüz minlərlə ukraynalının ölümündə ABŞ hakimiyyətinin məsuliyyət daşıdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayımlayıb.

Beləliklə, Kiçik Kennedi, ABŞ-ın Ukraynanı ölkədə 350 min insanın ölümünə səbəb olan qəssabxanaya çevirdiyini bildirib. Onun iddiasına görə, rəsmilər ölənlərin sayı ilə bağlı həqiqəti, Pentaqon isə Amerika xalqından gizlədir.

“Biz Ukraynanı 350.000 ukraynalı gəncin öldürüldüyü qəssabxanaya çevirdik. Neçə adamın öldüyü haqda yalan danışırlar. Bunu bizdən gizlədirlər”.

Bunu amerikalı siyasətçi bildirib.

Kiçik Kennedi həmçinin ABŞ-ın Ukrayna və Rusiya arasında münaqişənin təşəbbüskarı olduğunu və Ağ Evin geosiyasi məqsədlərinə çatmaq üçün vəziyyəti komiks şəklində təqdim etdiyini də bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri ərəfəsində Cozef Bayden Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasının bəndinin partladılmasını şərh edərək, Vaşinqtonun Kiyevə yardımını davam etdirəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə