...ABŞ prezidenti Cozef Baydenlə Böyük Britaniyanın baş naziri Rişi Sunakın Vaşinqtonda keçirilən görüşündə Rusiya ilə davam edən müharibədə Ukraynaya dəstəyin zəiflədilməyəcəyini bildiriblər.
Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında Moskvanın aqressiv işğalını davam etdirəcəyi təqdirdə Vaşinqtonun Ukraynanı ehtiyacı olduğu qədər təmin edəcəyini bildirib.
Böyük Britaniyanın baş nazirinin sözlərinə görə, Ukrayna tərəfdarları Rusiya prezidenti Vladimir Putinə aydın siqnal verməlidirlər ki, o, Kiyevə yardımın bitməsini gözləməməlidir.
Bundan əlavə, hər iki ölkənin liderləri ölkələrinin üzləşdiyi iqtisadi problemlərin həllində əməkdaşlığı genişləndirmək üçün yeni “Atlantik Bəyannamə”ni dəstəkləyiblər.
Plana əsasən, Böyük Britaniya və ABŞ təchizat zəncirlərini gücləndirəcək, gələcək texnologiyaları inkişaf etdirəcək və bir-birlərinin sənayelərinə investisiya qoyacaqlar.
Yeri gəlmişkən, “Amerikanın səsi” qeyd edir ki, Avropa İttifaqından çıxan London mövcud təhlükələrə, xüsusən də Rusiyanın aqressiv kursuna daha effektiv şəkildə qarşı çıxmaq üçün Vaşinqtonla münasibətləri gücləndirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB