Pskov vilayətində pişik heç bir səbəb olmadan sahibinə hücum edib və bir müddət sonra ölüb. Mütəxəssislər heyvanın quduzluq xəstəliyinə tutulduğunu müəyyən ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Peterburq gündəliyi” yazır.
Nəşrin yazdığına görə, hadisə Bejanitsy kəndində baş verib. Yerli sakin ev pişiyinin hücumuna məruz qaldıqdan sonra həkimlərə müraciət edib. Ölən heyvanın meyiti ekspertizaya göndərilib, baytarlıq laboratoriyası heyvanın quduzluq xəstəliyinə yoluxduğunu müəyyən edib.
Hadisə yerində və ona bitişik ərazidə 60 günlük quduzluq karantini tətbiq edilib, ev heyvanları arasında quduzluq xəstəliyinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Verilən məlumatda hazırda regionda dörd aktiv quduzluq ocağının olduğu bildirilir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB