Rusiyada 70 min litrdən çox ölümcül sidr ələ keçirilib

Rusiyada 70 min litrdən çox ölümcül sidr ələ keçirilib

Rusiyada 70 min litrdən çox təhlükəli içki “Cənab Sidr” müsadirə edilib,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Rospotrebnadzor”un mətbuat xidməti xəbər verir.

Agentliyin məlumatına görə, Samara vilayətində istehsal olunan 71,4 min litr potensial təhlükəli pivə içkisi “Cənab Sidr” götürülüb.

Bu məhsullardan Həştərxan, Kurqan, Volqoqrad, Vladimir, Ulyanovsk, Samara, Penza, Ryazan və Nijni Novqorod vilayətlərində, Udmurtiya, Krım, Mordoviya, Çuvaşiya, Komi, Mari El və Başqırdıstan respublikalarında, həmçinin Perm diyarında da tapılıb.

“Rospotrebnadzor” vətəndaşları cənab “Cənab Sidr” məhsullarının satışı halları barədə dərhal idarənin ərazi orqanlarına məlumat verməyə çağırdı.

Xatırladaq ki, daha əvvəl Rusiyanın regionlarında 97 nəfərin surroqat sidrindən zəhərləndiyi, onlardan 31-nin artıq öldüyü məlum olmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə