Çağırış yaşının artırılması haqqında qanun layihəsi təsdiqlənib

Çağırış yaşının artırılması haqqında qanun layihəsi təsdiqlənib

...Dövlət Dumasının Müdafiə Komitəsi çağırış yaşı həddinin dəyişdirilməsi ilə bağlı qanun layihəsinin birinci oxunuşda qəbul edilməsini tövsiyə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dəyişikliklərə əsasən, çağırış yaşının yuxarı həddi dərhal, aşağı həddi isə tədricən qaldırılacaq. Belə ki, 2024-cü ildə 19 yaşdan 30 yaşa qədər olan vətəndaşlar hərbi xidmətə çağırılacaq. 2025-ci ildə 20-30, 2026-cı il yanvarın 1-dən 21-30 yaşlı vətəndaşlar hərbi xidmətə çağırılacaq.

Xatırladaq ki, 2022-ci ilin dekabrında müdafiə naziri Sergey Şoyqu hərbi yaş həddinin dəyişdirilməsini təklif edib. Eyni zamanda, o, Rusiya Federasiyası Silahlı Qüvvələrinin sayını 1,5 milyon nəfərə çatdırmağın zəruriliyini elan etdi, onlardan təxminən 700 mini müqaviləli əsgərlər olmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə