Pişulindən “gözəl bir təklif” gəlib...

Pişulindən “gözəl bir təklif” gəlib...

Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin cümə axşamı, iyunun 8-də “gözəl bir təkliflə” çıxış edib. Belə ki, o, Ukrayna qoşunlarını Rusiya sərhədlərindən ən azı 500 kilometr məsafəyədək qovmağı təklif edib. SİA bu barədə rus saytlarına istinad edir.

Doğrudan da, gözəl təklifdir amma, bu təklif mənə nədənsə bizlərdəki o “xala-dayı” məsəlini xatırlatdı.

Nə isə, qayıdaq Puşilinə. Beləliklə, Puşilin gələcəkdə bütün Ukraynanı azad etməyin lazım olduğunu bildirib. Puşilinin sözlərinə görə, qoşunların nə qədər geri çəkiləcəyi məsələsi yaşayış məntəqələrini atəşə tutmaq üçün nə qədər məsafənin lazım olmasından asılıdır.

...Biz nə qədər geri çəkilməliyik ki, yaşayış məntəqələrimiz atəşə tutulmasın? Ən azı indi onu 500 kilometr geri çəkmək lazımdır - deyən Pişulinə görə, Ukrayna qoşunları geri çəkildikdən sonra Kiyevdə qoşunların yenidən qruplaşdırılması, yenidən silahlanması və vətəndaşlar arasında təbliğat üçün istifadə olunacaq pauza yarana bilər.

Ona görə də Puşilin yeganə çıxış yolu kimi Ukrayna Silahlı Qüvvələrini daha da geri qovmaqda görür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə