...Necə deyərlər, “bu da sənə fakt”?
Bu arada “Axmat” çeçen diviziyasının əməkdaşları Ukraynaya qarşı müharibədə iştirak etmək üçün yeni maşınlar alıblar və alınanlar arasında Çin istehsalı olan səkkiz “ShaanXi Tiger 4x4” zirehli personal daşıyıcısı da var.
Amma bundan əvvəl Çin Rusiyaya hərbi texnika ilə bağlı heç bir yardım ayırmadığını deyirdi.
Beləliklə, iyunun 7-də Çeçenistan rəhbəri Ramzan Kadırovun Telegram-kanalında yeni avadanlıqların olduğu video görünüb. O, ətrafı ilə zirehli transportyorlardan birini sürüb və bu texnikanın “gülləkeçirməz” olduğunu da dilə gətirib.
Qeyd edək ki, Ramzanın sürdüyü “ShaanXi Tiger 4x4” zirehli maşın istehsalçı “ShaanXi Baoji Special Vehicles Manufacturing”in kataloqundadır və Çinin Şaansi əyalətinin Baoji şəhərində yerləşir.
Onu da qeyd edək ki, Çin dansa da, amma xarici mənbələr dəfələrlə Çinin Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya müxtəlif avadanlıq və komponentlər tədarük etdiyini bildiriblər.
Belə ki, hələ bu ilin martında CNN gömrük qeydlərinə əsaslanaraq, işğalın başlamasından sonra Çinin dövlət müdafiə müəssisələrinin Qərbin sanksiyaları altına düşən Rusiya müdafiə şirkətləri ilə aktiv ticarət əlaqələrini davam etdirdiyini bildirmişdi.
...“Politico” Çin şirkətlərinin Rusiyaya müharibədə istifadə oluna bilən min ədəd avtomat, eləcə də pilotsuz təyyarələr üçün hissələr və zirehlər daxil olmaqla, digər avadanlıqlar verdiyi barədə yazmışdı.
May ayında “Financial Times” “Vaqner” PMC-nin vasitəçi şirkət vasitəsilə keçən ilin sonunda Çindən 20.000 dəbilqə aldığı barədə xəbər yayımıməşdı.
Bunlardan əlavə, ABŞ dövlət katibi Entoni Blinken, Çinin Rusiyaya qeyri-öldürücü hərbi yardım etdiyini və eyni zamanda silah tədarükü imkanlarını nəzərdən keçirdiyini bildirmişdi, amma...
...Çin hələ də ölkənin neytrallığa riayət etdiyini və münaqişə zonalarına silah satmadığını bəyan etməkdə israr edir.
Belə ki, bir müddət əvvəl, yəni aprel ayında Çinin xarici işlər naziri Tzin Qan Çinin nə Rusiyaya, nə də Ukraynaya silah tədarük etmir və verməyəcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB