Spirt Rusiya Daxili İşlər Nazirliyinin anbarından oğurlanıbmış?

Spirt Rusiya Daxili İşlər Nazirliyinin anbarından oğurlanıbmış?

Bu arada rus polisi aşağı alkoqollu “Cənab Sidr” içkisindən kütləvi zəhərlənmə faktını araşdırarkən, tərkibində spirt olan mayenin Daxili İşlər Nazirliyi Baş İdarəsinin İqtisadiyyata və Xidmətə Yardım Mərkəzinin Samara bölgəsindəki anbarından oğurlandığını müəyyən edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Demə,..spirt yoxlama tədbirləri zamanı geri götürüldükdən sonra hələ o vaxtdan, yəni 2012-ci ildən anbarda saxlanılırmış, amma sonradan oğurlanıb.

Və oğurluqda əli olduğu iddia edilən iki Samara sakini və anbarı qorumağına baxmayaraq, oğruları əraziyə buraxmaqla kömək edən polis serjantı saxlanılıb.

Bundan əlavə baş verənlərlə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Yuri Safronov vəzifəsindən qovulub.

Oğurlayanların sidr hazırlayanlarla əlaqəsi olub-olmadığı və ya “Cənab Sidr” içənlərin zəhərlənməsinə məhz bu mayenin səbəb olub-olmadığı hesabatdan aydın deyil.

Rəsmi rəqəmlərə görə, Rusiyanın regionlarında zəhərlənmə qurbanlarının ümumi sayı 96 nəfərdir, onlardan 30 nəfəri artıq ölüblər.

Ölənlərin əksəriyyəti Ulyanovsk vilayətindəndir, lakin digər bölgələrdə, ilk növbədə, Volqaboyu ərazisində ölən və yaralananlar da var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə