Bu gün Düşənbədə Tacikistanın ən böyük məscidinin açılış mərasimi olub. Mərasimdə iki günlük dövlət səfəri ilə Düşənbəyə gələn Qətər Əmiri Şeyx Təmim ibn Həməd Al Tani iştirak edib.
Tacikistan hakimiyyəti ölkənin ən böyük məscidinin tikintisini dini azadlıqlara hörmət nümunəsi adlandırır, lakin beynəlxalq insan haqları təşkilatları və Qərb ölkələri dindarların dini azadlıqlarını məhdudlaşdırdığına görə Tacikistan hökumətini daim tənqid edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu tacik nərləri yazıblar.
Qeyd edək ki, Qətər hökumətinin tikintisinə 70 milyon dollar sərmayə qoyduğu Düşənbədə yeni mərkəzi kafedral məscidi eyni vaxtda 120 min nəfəri qəbul edə biləcək.
Məscid12 hektar ərazidə yerləşir və hündürlüyü 65 metr olan dörd minarə, 47 metrlik əsas günbəz və 20 böyük eləcə də kiçik günbəz, böyük zal, kiçik ibadət zalları, kitabxana, muzey, qonaqların qəbulu üçün zal və konfrans zalından ibarətdir.
Onu da qeyd edək ki, məscidin təməl daşı 2009-cu ilin oktyabrında Hənəfi məzhəbinin banisi İmam Əbu Hənifənin 1310-cu ildönümünün qeyd edilməsi zamanı Prezident Rəhmon tərəfindən qoyulmuşdu.
Xatırladaq ki, Tacikistanın ən böyük məscidinin layihəsinin dəyəri, rəsmi rəqəmlərə görə, 100 milyon dollar təşkil edib ki, bunun da 70 faizi Qətər, 30 faizi isə Tacikistan hökuməti tərəfindən maliyyələşdirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB