Dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Kilauea bu il ikinci dəfə püskürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti vulkanın zirvə kraterindəki püskürmənin ilk görüntülərini paylaşıb. Havay Fövqəladə Hallar İdarəsi, yaşayış məntəqələrinin təhlükə altında olduğuna dair heç bir əlamət olmadığını bildirib. Vulkan sonuncu dəfə yanvar ayında aktivləşib və vulkan aktivliyi mart ayına qədər davam edib.
Hər il dünyada 60-a yaxın vulkan püskürür. Bunların bəziləri sürpriz olsa da, əksəriyyəti gözlənilən olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB