MİT PKK terrorçularına qarşı əməliyyat keçirib

MİT PKK terrorçularına qarşı əməliyyat keçirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terrorçularına qarşı əməliyyat keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı terrorçuların "rəhbər şəxslərindən" biri hesab edilən Fehmi Öğmen və axtarışda olan 2 terrorçunu zərərsizləşdirilib.

Əməliyyat Süleymaniyyə baş tutub. Məlumata görə, MİT uzun müddətdir zərərsizləşdirilən terrorçuları izləyirmiş.

1993-cü ildə təşkilata qoşulan, uzun illər ölkə daxilində və xaricdə fəaliyyət göstərən Fehmi Öğmenin Türkiyədə bir çox aksiyaları şəxsən təşkil edən şəxslərdən biri olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə