...Bəzi NATO ölkələri öz qoşunlarını Ukrayna ərazisinə göndərə bilər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu NATO-nun keçmiş baş katib Anders Foq Rasmussen deyib.
Rasmussenə görə, hadisələrin bu cür inkişafı fonunda əgər Ukrayna tərəfi Vilnüs sammitindən sonra ciddi təhlükəsizlik zəmanəti almasa, bu halda bəzi Şərqi Avropa dövlətləri, o cümlədən Polşa və Baltikyanı ölkələri Ukraynaya dəstək üçün koalisiya yarada bilərlər.
“Biz bilirik ki, Polşa Ukraynaya konkret yardım göstərməkdə fəal iştirak edir. Mən istisna etmirəm ki, Polşa milli əsasda bu kontekstdə daha da fəal iştirak edəcək və Baltikyanı ölkələr də onun ardınca, ola bilsin ki, Ukrayna ərazisinə qoşun yeridəcək”, - Rasmussen bildirib bunu.
Qərbi Avropanın uzun müddət Polşanın əsl rus düşüncəsi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymadığını nəzərə alsaq, maraqlı da olsa, Rasmussen polyakların hisslərini qiymətləndirməməyə çağırıb.
Gərək ki, yadınızda olar,.. belə ki, bir müddət bundan əvvəl Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq, Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlməyəcəyi təqdirdə, NATO-ya üzvlüklə bağlı müzakirələrin heç bir mənası olmayacağını demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB