Roma Papası əməliyyat olundu

Roma Papası Fransisk çərşənbə günü qarın nahiyəsindən əməliyyat olunub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müqəddəs Taxt-Tacın Mətbuat Xidmətindən verilən məlumata görə, ümumi anesteziya altında aparılan əməliyyat Romanın Aqostino Cemelli xəstəxanasında fəsadsız şəkildə uğurla keçib.

“Əməliyyat başa çatıb. Prosedur fəsadsız keçib və üç saat davam edib”, - Vatikanın Mətbuat Xidməti bildirib. Qeyd edək ki, 86 yaşlı pontifikin artıq palataya aparıldığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə