Deyirəm, adamın az qala “halal olsun” deməyi gəlir...
Deməli, Şimali Koreya lideri Kim Çen In ölkədə intiharı qadağan edən fərman verib. Britaniyanın gündəlik milli qəzeti “Mirror”un məlumatına görə, Şimali Koreya lideri intiharı “sosializmə xəyanət” kimi qiymətləndirib.
O, həmçinin yerli hakimiyyət orqanlarından qabaqlayıcı tədbirlər görməyi tələb edib.
“Azad Asiya radiosu”nun mənbələrinə görə, bu, ölkədə intiharların sayının kəskin artması ilə bağlıdır. Mayın sonunda Cənubi Koreya Milli Kəşfiyyat İdarəsi də Şimali Koreyada intiharların sayının ötən illə müqayisədə 40 faiz artdığını bildirib. Bu, Şimali Koreyada əhalinin acınacaqlı durumu ilə bağlı çoxlu sayda daxili narahatlıqlarla bağlıdır.
“Azad Asiya radiosu” ilin əvvəlindən bəri təkcə Chongjin şəhəri və şəhərin ətraf rayonlarında 35 intihar hadisəsinin baş verdiyini və çox vaxt intiharların bütün ailələr tərəfindən həyata keçirildiyin bildirib.
“İntiharların çoxu ifrat yoxsulluq və aclıq üzündən baş verir ki, heç kim hazırda əks tədbirlər təklif edə bilmir”.
Bunu da radio bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB