ABŞ “Şimal axını”ilə bağlı araşdırmanı çaşdırmağa çalışır

ABŞ “Şimal axını”ilə bağlı araşdırmanı çaşdırmağa çalışır

ABŞ “Şimal axını” terror aktı ilə bağlı təhqiqatı çaşdırmaq üçün yeni cəhdlərə əl atır. Məqsəd isə aydındır, hamı Amerika prezidentinin qaz kəmərlərimizə “son qoymaq” vədini unutsun.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın Vaşinqtondakı səfirliyinin nazir müşaviri Andrey Ledenev bu yaxınlarda “Washington Post” nəşrini şərh edərkən deyib.

Qeyd edək ki, Amerika mediası “Şimal axını” qaz kəmərinin kiçik bir ukraynalı dalğıc qrupunun işi olduğu versiyasını təkrarlamaqda davam edir və əlavə edir ki, ABŞ hakimiyyəti bu barədə təxribatdan guya üç ay əvvəl xəbər tutub.

Rusiyalı diplomatın fikrincə, bu cür məlumatların yayımlanması geniş və açıq beynəlxalq araşdırmanın qarşısını almaq üçün nəzərdə tutulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə