Bəndin dağıdılması ən böyük texnogen fəlakətə çevrilib

Qaluşenko: Rusiya Kaxovskaya Su Elektrik Stansiyasının bəndindən kütləvi qırğın silahı kimi istifadə edib
Bəndin dağıdılması ən böyük texnogen fəlakətə çevrilib

...Kaxovskaya su elektrik stansiyasının rus işğalçıları tərəfindən dağıdılması müharibə cinayətidir və kütləvi qırğın silahlarından istifadə kimi qiymətləndirilə bilər. Ukraynanın cənubunda ruslar tərəfindən bəndin dağıdılması ən böyük texnogen fəlakətə çevrilib.

Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib ki, Nova Kaxovkada bəndin partlaması on minlərlə insanı didərgin salıb və təbiətə fəlakətli ziyan vurub, çünki dağıntılar Ukraynanın cənubunda güclü daşqınlara səbəb olub.

Onun sözlərinə görə, Rusiya qəsdən hidroelektrik bəndini dağıtmaqla, Avropada son on ilin ən böyük texnogen fəlakətini yaradıb.

“...İnsanlar evlərini itiriblər. Təbiət və unikal ekosistemlər bərpa olunmaz şəkildə zədələnib. Xerson bölgəsində 20 minə yaxın ev elektriksiz qalıb, təmiz qida və suya çıxış məhdudlaşıb”.

SİA-nın əldə etdiyi məlumata görə, ukraynalı nazir bunu POLITICO-ya müsahibəsində deyib və bunu müharibə cinayəti kimi dəyərləndirib.

Baş verənləri Cenevrə Konvensiyasına uyğun kütləvi qırğın silahlarından istifadə kimi təsnif edilə biləcəyini deyən nazir, Rusiyanın bütün cinayətlərinə, o cümlədən bu fəlakətə görə cəzalandırılacağını istisna etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə