Bu gün rusiyayönlü Telegram kanallarında Rusiya ordusunun uğurları ilə bağlı mesajların sayı artıb. Ukrayna Müdafiə Nazirliyi vurğulayıb ki, cəbhədəki vəziyyət Kremlin informasiya-psixoloji əməliyyat çərçivəsində bunu necə təqdim etdiyinin tam əksi kimi inkişaf edir.
“...Düşmən informasiya-psixoloji əməliyyatları bu gün gücləndirilmiş rejimdə işləyir. Rusiya Federasiyasının hərbi gücü mifinə bu dövlətin bütün təbliğat sistemi xidmət edir. Rusların ordusu cəbhədə itkilər verib uğursuzluğa düçar olan kimi onların uğurları haqqında məlumatların miqdarı da dərhal ikiqat artır”.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Malyara görə, bu gün bu cür mesajların artması vəziyyətin tərsinə inkişaf etməsi deməkdir.
“Rusiyayönlü Telegram kanalları bu gün rus qoşunlarının müxtəlif istiqamətlərdə guya səmərəli fəaliyyət göstərdiyinə dair mesajların yayılmasına xüsusi diqqət yetirir. Məsələn, bu gün onlar belə məlumat verdilər ki, guya Rusiya Federasiyası Maryinkada uğurla irəliləyir; guya Rusiya Baxmuta nəzarət edir; guya Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırıb”, - Malyar bildirib bunu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB