Bu arada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Ukraynada mövcud nasist rejimini dəyişdirmək, ölkəyə neytral status vermək üçün çağırış edib.
SİA xəbər verir ki, bu barədə iyunun 7-də RİA Novosti məlumat yayıb.
Kiyev nasist rejimi dəyişdirilməlidir, Ukraynaya praktiki olaraq neytral dövlət statusu verilməlidir.
Qeyd edək ki, Patruşev bunu bu gün Minskdə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçlə görüşü zamanı bildirib.
“Vaşinqton və London Ukraynaya praktiki olaraq neytral dövlət statusu verən Kiyev nasist rejimini yaradıblar, bu rejim dəyişdirilməlidir”. Bunu deyən Patruşevə görə, bu gün ruslarla ukraynalılar arasında müharibə yoxdur, Ukraynanın özü isə Qərbin əlində sadəcə silahdır: “Yalnız ABŞ-ın açıq təcavüzü var. Eyni zamanda, ölkəmiz öz xalqını, ərazilərini qoruyur”.
Patruşev, Ukrayna münaqişəsi və onun davam etməsinin Amerika Birləşmiş Ştatlarından başqa heç kimə sərfəli olmadığını da bildirib.
Onun sözlərinə görə, Vaşinqton bütün Avropanı diz çökdürərək, onu boyun əyməyə məcbur etməklə yalnız öz iqtisadiyyatı üçün maksimum fayda əldə etməkdən və Avropa İttifaqını zəiflətməkdən ibarət olan öz maraqlarını güdür.
Xatırladaq ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Belarusun daim Rusiyanın ən yaxın müttəfiqi və strateji tərəfdaşı olaraq qaldığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB