Hakan Fidan İsveçin xarici işlər naziri ilə telefonla danışıb

Hakan Fidan İsveçin xarici işlər naziri ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçin xarici işlər naziri Tobias Billströmlə telefon danışığı aparıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə XİN-dən bildirilib.

Danışıq zamanı türkiyəli nazir İsveçin NATO üzvlüyü üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb.

İki nazir Daimi Ortaq Mexanizm çərçivəsində baş tutacaq heyətlərarası görüşüdən sonra yenidən görüşmək barədə razılığa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə