Zəhərlənib ölənlərin sayı artır...

Zəhərlənib ölənlərin sayı artır...

Bu arada Rusiya Səhiyyə Nazirliyi zəhərli sidrdən ölənlərin sayının artıq100-ə yaxınlaşdığı barədə məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 30 nəfər saxta içkidən zəhərlənərək ölüb.

Zəhərin yayılma coğrafiyası getdikcə genişlənir. Belə ki, ilk hadisə Kurqan vilayətində qeydə alınıb, orada qadın xəstəxanaya yerləşdirilib.

Rayonda 17 min litrdən çox spirtli içki satışdan çıxarılıb. Sidr istehsal edib mağazalara tədarük edən sahibkar məhkəmə tərəfindən iki ay müddətinə həbs edilib.

Xatırladaq ki, iyunun əvvəlində Rusiyanın bir sıra regionlarında “Cənab Sidr” içkisindən kütləvi zəhərlənmələr baş vermişdi. Təhlükəli spirtli içki qəbul edən onlarla insan xəstəxanaya yerləşdirilib, 30-dan çox insan ölüb: Ulyanovsk vilayətində 20, Nijni Novqorodda iki, Udmurtiyada bir və Samara vilayətində doqquz nəfər bu içkinin qurbanı olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə