Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı Sofya Sapeqanı əfv edib.
SİA xəbər verir ki, bu barədə iyunun 7-də BelTA Primorsk diyarının qubernatoru Oleq Kojemyakoya istinadən məlumat yayıb.
Beləliklə, Belarusda məhkum olunmuş rusiyalı qadın Sofya Sapeqa bu gün Qomeldəki cəzaçəkmə koloniyasından vilayətin qubernatoru Oleq Kojemyakonun başçılıq etdiyi Primorsk diyarının nümayəndə heyətinə təhvil verilib.
Primorsk diyarının rəhbərinin sözlərinə görə, Aleksandr Lukaşenko rus qadınının əfv edilməsi haqqında fərmanı dünən, ona bu xahişi etdikdən dərhal sonra imzalayıb.
Xatırladaq ki, 2022-ci ilin mayında Belarus məhkəməsi rusiyalı qadın Sofya Sapeqanı Belarus Respublikası Cinayət Məcəlləsinin sosial nifrət və nifrətin qızışdırılması, zorakılığın təşkili və ondan istifadə ilə hədələmə kimi bir sıra maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB