İndi sanksiyalar nəinki rus biznesmenlərinə şamil ediləcək...

İndi sanksiyalar nəinki rus biznesmenlərinə şamil ediləcək...

Avropa İttifaqı Şurası Rusiya biznesinə qarşı bloklayıcı sanksiyaların tətbiqi meyarlarını genişləndirib.

“The Sanctions Law” Telegram kanalının məlumatına görə, yeni meyar iyunun 7-dən qüvvəyə minib.

İndi Rusiya iqtisadiyyatının ən gəlirli sahələrində çalışan istənilən biznesmen və təşkilatlara, eləcə də aparıcı rus iş adamlarının ailə üzvlərinə qarşı məhdudiyyətlər tətbiq oluna bilər.

Qeyd edək ki, Avropa Birliyi Şurası ərazi bütövlüyünə xələl gətirən və ya təhlükə yaradan hərəkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər haqqında Əsasnamənin “g” bəndində dəyişiklik edib.

Bu bənd Ukraynadakı vəziyyətlə əlaqədar sanksiyalara məruz qala biləcək şəxslər və təşkilatların dairəsini müəyyən edir.

Əvvəllər sənəddə sadəcə olaraq Rusiya Federasiyasının hakimiyyət orqanlarına əhəmiyyətli gəlir mənbəyi təmin edən iqtisadiyyatın sektorlarında iştirak edən aparıcı sahibkarlar, hüquqi şəxslər, strukturlar və ya təşkilatlar nəzərdə tutulurdu. İndi isə dəyişiklik Rusiyada fəaliyyət göstərən aparıcı sahibkarları, onların yaxın ailə üzvlərini və ya onlardan faydalanan digər fiziki şəxsləri, habelə sahibkarlar, hüquqi şəxslər, təşkilatlar və iqtisadiyyatın sahələrində iştirak edən orqanlar daxil olmaqla, bu bəndi dəqiqləşdirib və genişləndirib.

Avropa Birliyi Şurası belə bir yeniliyin zəruriliyini izah edərək, Rusiya hökuməti ilə onun aparıcı iş adamları arasında qarşılıqlı fayda və dəstək yolu ilə əlaqə olduğunu göstərib. ...Odur ki, sanksiyalar siyahısına daxil edilmə meyarlarına Rusiya iqtisadiyyatının istənilən sektorunda çalışan aparıcı sahibkarlar daxil edilməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə