Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasının bəndinin dağılması nəticəsində 30-dan çox yaşayış məntəqəsi su altında qalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyunun 7-də xəbəri Telegram-da regionun rəhbəri vəzifəsini icra edən Vladimir Saldo verib.
Vladimir Saldo bildirib ki, Kaxovskaya su elektrik stansiyasının bəndinin partlaması və dağılmasından sonra Xerson vilayətinin 35 yaşayış məntəqəsi su altında qalıb.
O qeyd edib ki, bununla əlaqədar rayonda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
“Kaxovskaya su elektrik stansiyasının bəndinin dağıdılması regional xarakterli fövqəladə vəziyyət kimi tanınıb. Bununla bağlı o, “Xerson vilayətinin ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında” fərman imzalayıb.
Novaya Kaxovka, Tavriysk, Qolaya Pristan, Aleşki şəhərləri, eləcə də Novokaxovski, Aleşkinski və Qolopristansky bələdiyyə rayonlarının digər yaşayış məntəqələri daşqın zonasında yerləşir.
“Sel zonasında vəziyyət nəzarət altındadır, bu saata mülki əhali arasında tələfat yoxdur”-deyən rayon rəhbəri vəzifəsini icra edənin sözlərinə görə, su basmış yaşayış məntəqələrindəki əksər insanlar təxliyə edilib.
Onlar üçün 48 müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB