Moskvaya dron hücumunun əsas məqsədi...

Moskvaya dron hücumunun əsas məqsədi...

Mayın 30-da Moskvaya hücum edən və yaşayış binalarını vuran pilotsuz təyyarələrin Rusiya kəşfiyyatçılarının mənzillərini hədəfə aldığı deyilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri Amerikanın NBC telekanalı kəşfiyyat və ABŞ Konqresindəki mənbələrə istinadən yayıb.

Beləliklə, telekanalın məlumatına görə, hücum zamanı zədələnən evlərdə rus kəşfiyyatçıları yaşayırlar. Yəni hücuma məruz qalan evlərin ən azı biri Xarici Kəşfiyyat Xidmətinə bağlıdır.

O da bildirilir ki, bina Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti ilə əlaqəli hərbi hissə ilə müqavilələri olan Rusiyanın büdcə qurumlarından birinə məxsus olub.

Amerika telekanalı, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarından birinin mənzilinə ziyan dəydiyi və ya onlardan birinin xəsarət alıb-almadığı aydın olmadığını xəbər verib.

Xatırladaq ki, mayın 30-da səhər saatlarında Moskvaya bir neçə pilotsuz təyyarə tərəfindən zərbə endirilib. Rusiya paytaxtına uçan üç pilotsuz təyyarədən biri vurulub. Rusiyanın “Kommersant” nəşri yazır ki, təyyarənin qalıqlarını tədqiq edən ekspertlər səbəb kimi pilotsuz təyyarələrin nəzərdə tutulan hədəflərə çatmaması olub.

İddialara görə, şəhərə hücum edən pilotsuz təyyarələrdən biri Moskva vilayətindəki Novo-Oqaryovoda Putinin iqamətgahı yaxınlığındakı yerə düşüb.

Onu da qeyd edək ki, bu, 2022-ci il fevralın 24-də Rusiya qoşunlarının Ukraynanı işğal etməsindən sonra Moskvanın yaşayış məntəqəsinə ilk dron hücumu olub... hələ ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə