İsveçrə Senatı Ukraynaya silahların təkrar ixracına icazə verib

İsveçrə Senatı Ukraynaya silahların təkrar ixracına icazə verib

Çərşənbə günü, iyunun 7-də İsveçrə Senatı ölkənin silah və sursatlarının Ukraynaya təkrar ixracına icazə verən düzəlişi dəstəkləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti İsveçrə parlamentinin saytına istinadən xəbər verir.

Qeyd edək ki, Kantonlar Şurasının mövqeyi səs çoxluğu ilə təsdiq edilib. Lakin sol, mərkəz və Xalq Partiyasının bəzi nümayəndələri düzəlişin əleyhinə səs veriblər. Beləliklə, Milli Şuranın deputatları bu məsələyə qayıtmalı olacaqlar. Düzəliş İsveçrənin hərbi texnikasını alan ölkələrə müəyyən şərtlərlə onu silahlı münaqişələrdə iştirak edən ölkələrə təkrar ixrac etməyə icazə verir.

Xüsusilə, əgər münaqişədə iştirak edən belə bir dövlət beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququndan istifadə edirsə... (onu da qeyd edim ki, rus saytları adətən belə cümlələi “dırnaq”da verməyi çox sevirlər-A.B.)

Eyni zamanda, alıcı ölkələrdən təkrar ixracın yolverilməzliyi haqqında bəyannamə imzalamaları tələb olunacaq, əgər onlar İsveçrənin dəyərlərini bölüşürlərsə və müqayisəli ixrac nəzarəti rejiminə malikdirlərsə, bəyannamə üçün məhdudiyyət müddəti beş il olacaq. .

Yeri gəlmişkən, İsveçrə, Kipr və BƏƏ rusları öz maliyyə institutlarının müştəriləri arasında görmək istəməyən ölkələr siyahısına əlavə ediblər.

Onu da qeyd edək ki, bu qərar Qərbdə bu aktivlərin zəhərli ola bilməsi ilə əlaqədardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə