Fransada hökumət aşağı büdcəli kilsələri qorumaq və bərpa etmək üçün ianə kampaniyasına başladı.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yelisey Sarayından verilən məlumata görə, ölkə prezidenti Emmanuel Makron iyunun 5-də Normandiya sahillərində UNESCO-nun Ümumdünya Mirası Siyahısına daxil olan Mon-Sen-Mişel (Mont Saint-Michel) kilsəsinin tikintisinin 1000-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.
E.Makron ölkədəki mədəni strukturları qorumaq üçün genişmiqyaslı yardım kampaniyasına göstəriş verib.
Fransa Mədəniyyət Nazirliyinin dəstəyi ilə 50 minə yaxın ibadət yerinin 10.500-nün qorunduğu ölkədə hökumət xüsusilə az adamın yaşadığı ərazilərdə kilsələri qorumaq üçün geniş miqyaslı yardım kampaniyası həyata keçirir.
Toplanan ianələrin paytaxt Parisdə 2019-cu ilin aprelində yanan və bərpa işləri davam edən tarixi Notr-Dam katedrali üçün də istifadə ediləcəyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB