Rusiya-Ukrayna müharibəsində nüvə silahı işə düşür? - POLİTOLOQ ŞƏRH ETDİ

Rusiya-Ukrayna müharibəsində nüvə silahı işə düşür? - POLİTOLOQ ŞƏRH ETDİ

“Son günlər Rusiya-Ukrayna cəbhəsində vəziyyət yenidən gərginləşib. Xüsusilə də “Kaxovka” su anbarının partladılması ilə münasibətlər yenidən kritik həddə yaxınlaşıb. Ukrayna həm Qərb müttəfiqlərindən daha ciddi dəstəyin alınması, həm də Rusiyaya qarşı sanksiyaların tətbiqinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı çağırışlar edib. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağrılması ilə də bağlı müraciətlər olunub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi bu hadisəni Ukraynanın neonasis qüvvələri tərəfindən həyata keçirildiyini və Rusiyanı növbəti dəfə hərbi cinayətlər törətməkdə ittiham etmək üçün əsaslar formalaşdırması ilə əsaslandırıb”.

Döyüşlər daha da gərginləşir, itkilər artır. Ukraynanın ciddi şəkildə əks-hücumlara başlaması barədə məlumatlar səsləndirilir. Təbii ki, bütün bunlar Rusiya-Ukrayna müharibəsinin taleyini qısa müddətdə həll etməyə yetərli bir proses deyil. Eyni zamanda Qərb qüvvələrinin Ukraynaya verdiyi dəstək də qısa müddətdə Ukraynanın Rusiya üzərində üstünlüyə sahib olmasını təmin etməyə yetərli deyil.

Münaqişənin Ukraynanın sərhədlərindən kənara çıxması Qərb komissiyasının qətiyyən maraqlarına uyğun deyil. Bu halda Rusiya məcburi olaraq nüvə silahından istifadə edə bilər. Təbii ki, bu da ABŞ-ın və müttəfiqlərinin maraqlarına uyğun gəlmir. Buna görə də mümkün qədər Ukraynaya təzyiqlər etməklə müharibənin Ukraynadan kənara çıxmasının qarşısını almağa çalışırlar. Bunu dərk edən Ukrayna da Qərbdən ciddi dəstək ala bilmədiyini görür. Böyük döyüşlər gedərsə, Ukraynanın Rusiyaya qalib gəlməsi inandırıcı görünmür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə