Papa əməliyyat olunacaq

Roma Papası Fransisk bağırsağından əməliyyat olunacaq. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb.

Əməliyyat ümumi narkoz altında həyata keçiriləcək.

Xatırladaq ki, Papa Fransisk martın 29-da da Romada xəstəxanaya yerləşdirilmiş, aprelin 2-də evə buraxılmışdı. O vaxt həkimlər ona respirator infeksiya diaqnozu qoymuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə