Son günlərin ən dəhşətli hadisəsi Taylandın 250 min əhalisi olan Nonthaburi əyalətinin Pak Kret bölgəsində baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisənin fotoları tez bir zamanda ölkə və dünya mətbuatında yer alıb.
19 yaşlı Veena adlı ana 2 aylıq oğlu itdikdən sonra polisə müraciət edib. Sonuncu dəfə uşağı ilə qonaq otağında yatdığını bildirən Veena oyananda körpəsinin yanında olmadığını səlahiyyətlilərə çatdırıb. Qrupların apardığı araşdırmalarda qısa müddətdə dəhşətli həqiqət üzə çıxıb. Yerli vaxtla saat 22:10 radələrində körpənin cansız bədəni evin altından tapılıb. Veena isə bu kədərli xəbərdən məyus olub.
Polis hadisənin dəqiq səbəbini müəyyən etmək üçün ailə üzvlərini saxlayıb. 2 aylıq uşağın necə öldüyünü araşdıran qruplar hələ də uşağın necə boğulduğuna dair heç bir dəlil tapa bilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB