Metro işçisi elektrik vurması nəticəsində həyatını itirib

Metro işçisi elektrik vurması nəticəsində həyatını itirib

Meksikanın paytaxtı Mexiko şəhərində metro stansiyasında dünən iki metro işçisi relslərin üzərində gedərkən müvazinətini itirərək relslər üzərinə yıxılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, işçilərdən biri relslərin yanındakı elektrik xəttinə toxunaraq cərəyana ilişdiyi halda, digər işçi təsadüfən cərəyana düşməyib. Qısa müddətdə hadisə yerinə gələn həkim briqadaları cərəyanda qalan işçinin həyati əlamətlərinin olmadığını və elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişdiyini müəyyən ediblər.

Mexiko Metropoliteninin rəsmiləri hadisə ilə bağlı açıqlama verərək həyatını itirən stansiya rəisinin vəzifəsi səbəbi ilə relslərdə olduğunu, lakin təhlükəsizlik tədbiri olaraq həmin vaxt relslərdəki elektrik cərəyanının kəsilməsi lazım olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə