Məktəbin məzuniyyət mərasiminə silahlı hücum olub

Məktəbin məzuniyyət mərasiminə silahlı hücum olub

Qətliamların ardı-arası kəsilməyən ölkədə bu dəfə liseyin buraxılış mərasimi qana bulanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində orta məktəbdə buraxılış mərasimi zamanı atışma baş verib. Hücumda 7 nəfərin güllələndiyi, 2 nəfərin həyatını itirdiyi bildirilib. Hücumdan əvvəl məzuniyyət həyəcanı keçirən tələbələr arasında çaxnaşma hökm sürüb. Yaralananların çoxu xəstəxanalara çatdırılıb.

Faciəli hücumdan sonra mərasim təxirə salınıb. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə