Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
SİA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan 7-9 iyun tarixlərində Rusiyada səfərdə olacaq və səfər çərçivəsində Soçidə Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının və Avrasiya Konqresinin daimi iclaslarında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB